Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
İstintaq çərçivəsində ilkin mərhələdə 6 nəfər saxlanılıb. Daha sonra saxlanılanların sayının 11-ə çatdığı açıqlanıb.
Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncayın verdiyi məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi və məsul şəxslərin aşkarlanması istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, noyabrın 9-da baş verən partlayış nəticəsində 17 işçi həyatını itirib, 15 nəfər yaralanıb.
Faktla bağlı araşdırma davam edir.