Faciəvi şəkildə ölən məktəblinin fotosu

22.06.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Yevlaxda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Hüseyn Rəsulov Mingəçevir şəhər 5 saylı orta məktəbin şagirdi olub.

“Təəssüf hissi ilə bildiririk ki, Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin IXa sinif şagirdi Rəsulov Hüseyin Qarabağ kanalında boğularaq dünyasını dəyişib. Məktəb rəhbərliyi, müəllim və şagird heyəti adından mərhum şagirdimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin” - , məktəbin məlumatında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью