Faciəvi şəkildə ölən Məqsədin SON FOTOSU

12.08.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə boğularaq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, Məqsəd Məmmədli telekanalın İnformasiya Proqramları studiyasında prodüser vəzifəsində çalışıb. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.

Məlumata görə, Məqsəd Məmmədli dənizdə çimərkən boğularaq dünyasını dəyişib.

Bakıvaxtı.az onun faciəvi hadisədən 1 gün öncə çəkilmiş son fotosunu da əldə edib.

Allah rəhmət eləsin!

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью