Faciəvi şəkildə ölən Xanoğlanın FOTOsu

08.04.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı Qəhrəmanov Xanoğlan Qaytaran oğlu Rusiyada yol qəzasında həlak olub. 

Milli.Az-ın məlumatına görə, hadisə Pskov şəhərində baş verib. 1992-ci il təvəllüdlü Ucar rayon Boyat kənd sakini həmyerlisinin idarə etdiyi avtomobildə qəzaya düşərək ölüb. Maşında olan digər azərbaycanlılar ağır yaralı halda xəstəxanaya çatdırılıb. 

Q.Xanoğlanın cəsədinin 2 gün sonra Vətənə gətiriləcəyi deyilir. O, doğulduğu Boyat kəndində dəfn olunacaq.  (Unikal)
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью