Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclis üzvü Fazil Mustafanın özünü Əbülfəz Elçibəyə oxşatması sosial medida müzakirə mövzusu olub.
"Yeni Sabah" xəbər verir ki, son günlər tənqidlə üzləşən deputat qınaq hədəfi olmasını bu sözlərlə ifadə edib:
"Allah sənə rəhmət etsin Əbülfəz bəy! Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, istədikləri böhtanı atırlar, istədikləri təhqiri yazırlar, əllərinə odlu silah düşən kimi də güllələyirlər". pizza sifarişi
Sosial şəbəkədə bu sözlərin Elçibəyə aid olduğu xatırladılaraq sərt ifadələr işlədilir.
Xatırladaq ki, "sağdan-soldan" şifahi hücuma məruz qalma ifadəsini AXCP sədri ANS-ə müsahibəsində işlətmişdi.