Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24.11.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa görə cərimələr müəyyən edilir.

KONKRET.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunması təklif edilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.

Sənədə əsasən, internet informasiya ehtiyatından və ya informasiya telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə təklif olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью