Fahriye və Burak boşanır? İlk açıqlama FOTO

14.08.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin məşhur cütlüyü Fahriye Evcen və Burak Özçivit son günlər sosial mediada yayılan boşanma iddialarına cavab veriblər.

Milli.Az xəbər verir ki, söz-söhbətlərin yayılmasına səbəb Fahriye Evcenin "Instagram" profilindən qısa müddətlik "Özçivit" soyadının yoxa çıxması olub. Bu, cütlüyün münasibətində problem yaşandığı barədə iddiaları gücləndirib. Lakin soyadın qısa zamanda yenidən geri qaytarılması texniki nasazlıq ehtimalını da gündəmə gətirib.

Günlər sonra məşhurlar birlikdə avtomobildə çəkdikləri səmimi fotoları sosial media hesablarında paylaşaraq iddialara nöqtə qoyublar. Şəkillər izləyicilər tərəfindən "sevgi davam edir" mesajı kimi qarşılanıb.

Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə evlənib, iki oğulları - Karan və Kerem var.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью