Faiq Ağayev onları klipinə çəkdi

29.11.2024

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq artisti Faiq Ağayev yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, “La-La-La” adlanan layihə yutubda və musiqi platformalarında yayımlanıb.

Mahnının klipi 18 saat ərzində fasiləsiz çəkilib və ümumilikdə səhnələrdə 40 nəfər yer alıb. Söz və musiqisi Zamiq Əliyevə (Yap10) məxsus mahnını rejissor Toğrul Rzayev ekranlaşdırıb. 

Klipdə meqastarın həmkarları Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, Murad Arif və fotoqraf İsmayıl Rzayev çəkilib.

Ekran işində Nigar Kəlbiyeva və Günel Fərhadlı rol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью