Faiq Ağayevdən görünüşündəki dəyişikliklə bağlı yazılanlara cavab

29.07.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xalq artisti Faiq Ağayev "DreamFest"dəki görünüşü ilə bağlı səsləndirilən rəylərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, müğənni yeni saç düzümü ilə bağlı yazılan şərhlərə sosial şəbəkə hesabında cavab verib. O, bu tərzi illər əvvəl də sınadığını qeyd edib.

"Cəsarət mətinlik göstəricisidir. Əsl güc, haqlı olduğun yolda qətiyyətlə, rahat addımlamaqdır. Cahillərin təzyiqi isə yalnız özünə inanmayanları sarsıdır" deyə, F. Ağayev yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью