Faiq Ağayevdən küsülü olduğu şəxslərə çağırış

27.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Faiq Ağayev küsülü olduğu insanlarla barışmağa hazır olduğunu bildirib.

Axşam.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb:

“20-ci əsrdən 21-ci əsrə keçəndə dedim ki, qucağımı açmışam, heç bir şərt də qoymuram. Kim mənimlə barışmaq istəyirsə, gəlsin, mən hazıram. Mənimlə bağlı nə probleminiz varsa, hesab edin ki, bağışladım, yadımdan çıxartdım. Siz də mənimlə bağlı nə varsa, yadınızdan çıxarın. Nədənsə, bu şansdan yararlanmadılar. Amma barışdıqlarım olub. Bu gün də həmin sözü deyirəm.

Məsələn, Xalq artisti Aygün Kazımova ilə barışdıq. Bizim şikarımız tamaşaçı sevgisidir. Heç kim öz tamaşaçı kütləsini başqasına vermək istəmir. Ona görə də adətən səhnə bizə dar gəlir. Sənətdə də, idmanda da belədir, rəqabətdir.

Əgər mənimlə küsülü olan insan haradasa, qəfildən, heç gözlənilmədən mənə yaxınlaşsa, məni qucaqlayıb öpmək istəsə, həmin dəqiqə, həmin saniyə onunla barışacağam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью