Faiq Ağayevdən yeni mahnı Video

11.09.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Xalq artisti Faiq Ağayev payız mövsümünün ilk mahnısını dinləyicilərin ixtiyarına verib. 

Axşam.az xəbər verir ki, müğənninin yeni ifası “… bilmirəm” adlanır.

Mahnının musiqisi Tofiq Ağayev, sözləri isə PRoMeteyə məxsusdur. Əsərin aranjimanı, mix və masterinq işlərini Givi Usenaşvili həyata keçirib.

Yeni mahnının ud ifasında Kenoud, saksofonda Teymur Süleymbəyli, klarnetdə Pərviz Əlikramoğlu, gitarada isə Hafiz Baxış yer alıb.

Layihənin foto işlərini Niko Abbasov, cover dizaynını isə Kazım Sübhan hazırlayıb.

Faiq Ağayevin yeni mahnısı artıq yutub kanalında və musiqi platformalarında yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью