Faiq Ələkbərlinin üç cildliliyinin təqdimatı keçirildi | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitab olduqca böyük zəhmət hesabına başa gəlib: “Kitablarda maraqlı və yeni məqamlar çoxdur, müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir.
Müəllif kitablarda zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib”.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə bütöv yanaşma olduğunu bildirib və qeyd edib: “Müəllif üç cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilib.
Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil edib, uğurlu tədqiqat aparmışdır”.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək, Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir.
Çünki Prezident İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir.
Tam oxu
Xəbəri oxu