Faiq Hacıyev: Hər halda oyun başlamazdan əvvəl insanın içində narahatlıq olur

25.02.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Çətin oyun olacağını bilirdik". Bu sözləri Sport24.az-a "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
25 yaşlı müdafiəçi səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIV turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Hava şəraiti də oynamağımıza çətinlik yaradırdı. Şükürlər olsun, buna baxmayaraq, qələbə qazanmağı bacardıq".
Hacıyev qarşılaşmanın canlı yayımlanmamasının meydanda futbolçulara təsir etdiyini söyləyib: "Əlbəttə. Hər halda oyun başlamazdan əvvəl insanın içində narahatlıq olur. Amma baş hakim matçı çox yaxşı idarə etdi".
Oyunçu hazırda çempionatda avrokuboklar uğrunda mübarizənin davam etdiyini sözlərinə əlavə edib: "Biz də sonadək bu mübarizənin içində olmağa çalışacağıq. Ümid edirəm ki, mövsümün sonunda məqsədimizə çatacağıq".
O, XXV turda "Zirə"yə qarşı keçirəcəkləri görüşə də toxunub: "Hər oyunun bizim üçün çətin keçdiyini deyə bilərəm. "Zirə" ilə matç isə avrokuboklar uğrunda vacib qarşılaşmalardan biridir. Daha əvvəlkilərində olduğu kimi bu dəfə də meydana qələbə qazanmaq üçün çıxacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью