Faiq Hacıyev Keçiörəngücü ilə matçdan sonra belə danışdı

30.07.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxan "Turan Tovuz" Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü" ilə qolsuz bərabərliyə razılaşdı. Qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb həm son matç, həm də qardaş ölkədəki hazırlıq barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hər şey planauyğun gedir. Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Çempionat oyunlarına qədər yaxşı forma yığmaq üçün intensiv məşqlər edirik. Əlbəttə, çempionat elədir ki, futbolçu ilk iki-üç turdan sonra formasının zirvəsinə çata bilir.

"Keçiörəngücü" ilə matç hazırlıq prosesindəki ikinci yoxlama oyunumuz idi. İlk yarıda bir, ikinci yarıda digər heyətlə mübarizə apardıq. Mraqlı oyun alındı. Rəqib də yaxşı komanda idi. Baş məşqçinin tələblərini meydanda icra etməyə çalışdıq. Belə oyunlarda nəticə əsas deyil. Nəyə qadir olduğumuzu anlamaq, çatışmazlıqları görmək imkanımız. Qarşıda daha iki sınaq oyunumuz var. Həmin oyunlardan sonra daha yaxşı səviyyəyə çatacağımıza inanıram".

Nihat 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью