sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyevin Sport24.az-a müsahibəsi - Premyer Liqanın XXVIII turunda "Qarabağ"a 1:4 hesabı ilə yenildiniz.
Məğlubiyyətə səbəb nə oldu? - Bu matça digər qarşılaşmlar kimi yaxşı hazırlaşmışdıq. Yenə xal qazanmaq istəyirdik.
Rəqib əlinə düşən imkanlardan yaxşı yararlandı və qalib gəldi.- Bu mövsüm "Qarabağ" ilk dəfə sizi məğlub etdi.
Bəlkə əvvəlki matçlardakı nəticələrə görə dünən meydana daha motivasiyalı çıxmışdılar?- "Qarabağ" kimi komanda hər matça motivasiyalı çıxır.
Bizə qarşı qələbələrinin olmamağı da sizin dediyiniz kimi görüşə marağı artırırdı. - Çempionatda ardıcıl 4 oyunda qələbə qazana bilmirsiniz.
Bunu nə ilə əlaqələndirirsən?- Əlbəttə, bu durum bizi də narahat edir. Səhvlərimizdən tez bir zamanda dərs çıxarmalıyıq.
Qarşıdakı matçlarda daha yaxşı olmağa çalışacağıq.- "Qarabağ"la oyunda sarı vərəqə alaraq cəzalı duruma da düşmüsən.