Faiq Hacıyev: Yoldaşlıq görüşləri istədiyimiz hesablarla bitməsə də...

13.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Çox yaxşı toplanış keçdiyimizi deyə bilərəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
Komandasının Türkiyədə keçirilən toplanışını dəyərləndirən futbolçu mövsümün ikinci dövrəsindən gözləntilərini açıqlayıb:
"Düzür, yoldaşlıq görüşləri istədiyimiz hesablarla bitməsə də, əsas olan həmin ağırlığı hiss etmək idi. İnşallah, keçdiyimiz toplanışın bəhrəsini çempionatda görə biləcəyik. İkinci yarının ağır keçəcəyini bilirik. Biz də özümüzü buna hazırlamağa çalışırıq. Ümid edirik ki, qarşılaşmalar bizim istədiyimiz nəticələrlə bitər".
Qeyd edək ki, aktivində 32 olan "Turan Tovuz" qış fasiləsinə 3-cü pillədə yollanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью