Faiq Mustafayevin qohumu: Atası yola saldıqdan sonra bir daha xəbər ala bilməmişik

25.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"AZAL-ın qəzaya uğrayan təyyarəsində olan sərnişin, 32 yaşlı Faiq Əjdər oğlu Mustafayevdən xəbər ala bilməmişik".

Bu barədə Oxu.Az-a onun xalası oğlu Sultan Duniyev məlumat verib.

Qeyd edib ki, sözügedən şəxs Qroznıda restoranda işləyirmiş:

"Tez-tez gedib-gəlirdi. O, Bakı sakinidir. Atası yola salıb. Hazırda qaynar xəttə nömrəmizi vermişik və məlumat gözləyirik. Hələ ki heç bir xəbər yoxdur".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью