Faiq Qarayev U 16 millimizin üzvləri ilə görüşüb

17.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev U-16 yığmamızın üzvləri ilə görüşüb.

Apasport.az xəbər verir ki, görüş Avropa çempionatının I təsnifat mərhələsində – EEVZA turnirində iştirak edəcək qızlardan ibarət komandamızla keçirilib.

Faiq Qarayev beynəlxalq yarışların gənc idmançılar üçün böyük təcrübə qazandırdığını vurğulayıb. O, voleybolçulara özlərinə inanmağı, hədəflərinə çatmaq üçün daha əzmlə çalışmağı tövsiyə edib və komandaya uğurlar arzulayıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

"Turan" Bolqarıstan klubuna şans tanımadı - YENİLƏNİB Millilərimizin Avropa çempionatında rəqibləri bəlli olub Çempionlar Liqası: “Turan” növbəti mərhələdə - YENİLƏNİB Yığmamız Avropa çempionatını beşinci pillədə başa vurub Super Liqa: II turun oyunlarının vaxtı açıqlanıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью