Faiq: “Röya ilə Aygünü mən barışdırmışam”

27.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Röya ilə Aygünün ilk barışığının memarı özüm idim”.

“Yeni Sabah” xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev “Qonaqcanlı” verilişində deyib.

İfaçı bildirib ki, barışıq üçün hər iki ifaçı ilə ayrıca danışıqlar aparıb: İnternetdən sifariş

“Aygünlə ayrıca söhbət etdim, Röya ilə ayrıca. Aygünün doğum günü idi, ad günü idi. Mən Röyaya dedim ki, Röya, heç fikirləşmədən, heç nəyi götür-qoy etmədən gəl, mən orada varam. Mən sənə söz verirəm ki, hər şey yaxşı olacaq.

Mən Allah qəni-qəni rəhmət eləsin, Nailə Mirməmmədlini, Allah can sağlığı versin, Xanım İsmayılqızı ilə barışdırmışdım”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью