Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Xaliq Faiqoğlu” MMC ictimai nəqliyyatda ekoloji dayanıqlılığın, enerji səmərəliliyinin və xidmət keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm addımını atır.
“Qafqazinfo” xəbər verir ki, şirkət 2027–2028-ci illər ərzində ümumilikdə 150 ədəd tam elektrik mühərrikli, (10, 12 və 18 metr) uzunluğunda şəhər tipli avtobusun satınalınması məqsədilə açıq tender elan edib.
Tenderdə iştirak etmək üçün yerli və xarici avtobus istehsalçıları, onların rəsmi nümayəndələri və təchizatçı şirkətlər kommersiya və texniki təkliflərini təqdim etməyə dəvət olunurlar.
Təqdim edilən təkliflər avtobusların texniki göstəriciləri, batareya tutumu, enerji səmərəliliyi, istismar imkanları, qiymət, çatdırılma müddəti, zəmanət şərtləri və servis imkanları əsasında qiymətləndiriləcək.
“Əsas məqsədimiz müasir, ekoloji təmiz, təhlükəsiz və sərnişinlər üçün daha komfortlu ictimai nəqliyyat sisteminin inkişafına töhfə verməkdir. Layihənin Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici banklar, eləcə də müvafiq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur” – şirkətin yaydığı məlumatda qeyd edilib.
Tender iştirakçıları kommersiya və texniki təkliflərini bağlı zərfdə 27.02.2027-cı il, saat 12:00-dək aşağıdakı ünvana təqdim etməlidirlər:
Ünvan: AZ 1134, Bakı şəhəri, Mir Cəlal küçəsi 23A, SAFA Plaza.
Müəyyən edilmiş son təqdimetmə müddətindən sonra daxil olan tender təklifləri açılmadan geri qaytarılacaqdır.
Əlaqə nömrəsi: +994 55 505 85 85
[email protected]