Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim Sələmə görə törədilən qətlin təfərrüatı…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, zərərçəkənin hüquqi varisi Suğra Cabbarova Firudin adlı şahidin gətirilməsinin vacib olduğunu qeyd edib.
Hakim Kamran Muxtarov şahid Firudinin hərbçi olduğunu əsas gətirərək onun gətirilməsi ilə bağlı hərbi komandanlığa rəsmi məktub göndərəcəyini bildirib.
Sonra bəzi şahidlərin telefonlarının anten məlumatları barədə məlumat verilib.
Məlum olub ki, Qaçay adlı şahid hadisə baş verən gün, dekabrın 30-da saat 20:51-dən 22:35-ə kimi Nəsimi rayonu, Cavadxan küçəsində olub, yəni qətlə yetirilən Zamiqin yaşadığı ərazidə.
Həmçinin Qaçayın Zamiqlə yaxın olduğu, hətta bir yerdə iş gördüyü də məlum olub.
Belə ki, Qaçay faizə pul götürmək istəyən hərbçiləri Zamiqin yanına gətirib və faizdən xeyrini götürüb.
Tam oxu
Xəbəri oxu