Faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər Rəy

19.11.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanıldı. Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir. Uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir”.

Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bildirib ki, qərarın əsas səbəbləri inflyasiya risklərinin hələ də qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyin qorunması zərurəti ilə bağlıdır.

Ekspert bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir göstərə, azaldılması isə inflyasiya təzyiqlərini gücləndirə bilər.

"Bu baxımdan Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa üstünlük verir. Gələcəkdə inflyasiya riskləri azaldıqca faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью