“Fake news” məlumatların təsir dairəsi

24.06.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” layihəsi çərçivəsində ilk televiziya müzakirəsi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Yeni Çağ” TV-də keçirilən müzakirədə mövzu ilə bağlı sualları layihənin ekspertləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və jurnalist Vilayət Muxtar cavablandırıb.

Qeyd edək ki, verilişin aparıcısı İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihə rəhbəri Rəfail Becanovdur.

Ətraflı videoda:

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью