Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Milli Hidrometeorologiya Xidmətindən "Bizimyol.info"ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.