Faktiki hava AÇIQLANDI

31.05.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 31-i saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda isə qar yağıb.

  pizza mizza

Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda 6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3, Balakən, Zaqatala, Qəbələ,Tərtər, İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə alınıb.

  pizza mizza

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.

Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью