Faktiki hava açıqlandı

05.07.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
“Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır”, - məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью