Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada 18 m/s-dək güclənir.
Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.