Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Şahdağda isə arabir qar yağıb.
“Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıda 8, Qobustan, Qəbələ, Astarada 7, Şahbuz, Tərtər, Kürdəmirdə 6, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5, Gəncə, Neftçala, İmişlidə 4, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağıb.
Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb”, - məlumatda deyilir.