Faktiki hava açıqlandı

28.04.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью