Faktiki hava açıqlandı Yenilənib

18.12.2024

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi yerlərdə  güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22  m/s,  sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s,  Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Bu, sarı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью