Faktiki hava açıqlanıb

19.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, hazırda əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью