Faktiki hava açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet

13.11.2024

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometrologiya Xidmətindən  bildirilib ki, Şərur, Şahbuz, Culfa, Ordubad, Qəbələ, İsmayıllı, Oğuz, İmişli, Şamaxı, Xaçmaz, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, Ağdam, Bərdə, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda arabir yağış yağır.

Naxçıvan, Şamaxı, Qrız, Yevlaxda isə duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью