Faktiki hava: Azərbaycana yenə qar yağır KONKRET

22.02.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda fevralın 22-də saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью