FAKTİKİ HAVA: Bu ərazilərdə güclü külək əsir

05.01.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bizim.Media xəbər verir ki, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.
Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью