Faktiki hava Dağlarda 8 dərəcə şaxta var

22.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunur ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью