FAKTİKİ HAVA: Gecə bəzi ərazilərə qar yağıb

04.03.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərərcəyədək isti , Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью