Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

29.11.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

BAKU.WS xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью