Faktiki hava: Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib Doğru Xəbərlər

10.11.2024

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb.

Xidmətin AZƏRTAC-a verdiyi məlumata görə, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 millimetrədək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью