Faktorinq şirkəti 14% pul axtarır

14.05.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.05.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların buraxılış həcmi 1 milyon manat , ilik gəlirlilik faizi: 14%

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FERRUM Kapital” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2023022281

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1000 000 manat

İllik gəlirlilik faizi: 14%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 12 ay

Ticarətə buraxılma tarixi:  21.05.2026

Anderrayter:   “Unicapital İnvestisiya Şirkəti” ASC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью