Falaaddin” və Binnaz” fal tətbiqlərinin sahibi həbs edilib

16.07.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Türkiyədə məşhur “Falaaddin” və “Binnaz” fal baxımı tətbiqlərinin sahibi Sertaç Taşdelen İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb.

Yenisabah.az xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən həyata keçirilən araşdırmalarda, "Binnaz" və "Falaaddin" tətbiqləri vasitəsilə icazəsiz fal xidmətləri göstərildiyi və insanlardan külli miqdarda pul əldə edildiyi müəyyən olunub.

Polis əməliyyatı nəticəsində şirkətin sahibi Sertaç Taşdelen saxlanılaraq bölməyə aparılıb. Onunla birlikdə bir neçə işçisinin də ifadəsinin alındığı bildirilib. pizza mizza

Hadisə ilə bağlı hüquqi prosedurlar davam edir.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью