Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tarix boyuk insanlar qeyri-adi hadisələri izah etmək və gələcəyi öyrənmək məqsədilə falçılıq və ekstrasenslik fəaliyyətlərinə böyük maraq göstəriblər.
Müxtəlif mədəniyyətlərdə falçılar və ekstrasenslər ya mistik güclərə malik şəxslər kimi qəbul olunub, ya da insanlıq üçün təhlükəli qüvvələr hesab edilərək cəzalandırılıblar.
Bu baxımdan tarixdə sehrbazlıq, cadugərlik və falçılıqla bağlı fərqli yanaşmalar olub.
Belə ki, bəzi dövrlərdə və cəmiyyətlərdə bu fəaliyyətlər qanunla qadağan edilərək ağır cəzalar tətbiq edilib, digərlərində isə onların fəaliyyətinə icazə verilib və hətta statusları müəyyən hüquqi qaydalarla nizama salınıb.
Müasir dövrümüzə gəldikdə isə qeyd edək ki, falçılıq və ekstrasenslik fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələr ölkədən ölkəyə dəyişir.
Bəzi dövlətlərdə bu fəaliyyət kommersiya xidməti kimi qanuniləşdirilib və xüsusi lisenziya tələb edilir, digər qrup dövlətlərdə isə bu iş dələduzluq və ictimaiyyəti aldatma kimi qiymətləndirilir.
Xüsusilə, falçı və ekstrasenslərin insanları aldatmaq yolu ilə maddi qazanc əldə etməsi bir çox ölkədə hüquqi məsuliyyət yaradır.