Famil Əliyev vəfat etdi FOTO

17.02.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1994-cü ildə Birinci Qarabağ müharibəsinin gedişində erməni silahlı birləşmələrinə əsir düşən və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacaran Famil Əliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Famil Əliyevin yaxınları məlumat veriblər..

“Fedya” ləqəbli keçmiş döyüşçünün xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, F.Əliyev barəsində sənədli film və çoxsaylı süjetlər çəkilib. O, erməni seperatçılarının mühakimə edildiyi məhkəmə prosesində zərərçəkmiş şəxs qismində iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью