Famil Xəlilov ev dustaqlığına buraxıldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

03.12.2024

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Famil Xəlilov bu il mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilib.

///apa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью