Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalının qrup mərhələsində ikinci yeri tutmağa çalışır.
İdman.Biz xəbər verir ki, yığmanın baş məşqçisi Famil Xəlilov bu barədə İsrail komandasını 3:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra danışıb.
Mütəxəssis bildirib ki, Azərbaycan və Haiti yığmalarının hərəsinin 9 xalı var və komandalar qrupda ikinci yer uğrunda mübarizə aparırlar. Onun sözlərinə görə, növbəti oyunda qazanılacaq heç-heçə və ya qələbə millimizin qrupu ikinci pillədə başa vurmasına imkan verəcək.
F.Xəlilov futbolçuların məğlubiyyətdən sonra ruhdan düşməməsini və təzyiqə tab gətirərək qələbə qazanmasını da müsbət qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.
Oktyabrın 30-dək davam edəcək turnir Hövsan Yarış Kompleksində keçirilir. Çempionatın final oyunu Bakı Kristal Zalında təşkil olunacaq.