Fanatlardan Ronaldo evə get şüarı VİDEO İdman və Biz

01.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Valyadolid" klubunun azarkeşləri prezident Ronaldodan narazıdır.

İdman.biz xəbər verir ki, onlar "Atletiko" ilə oyunda braziliyalı keçmiş futbolçunu istefaya çağırıblar.

"Valyadolid" 15-ci turda öz meydanında "Atletiko"ya 0:5 hesabı ilə uduzublar. Bütün qollar oyunun 1-ci hissəsində vurulub. Üçüncü qoldan sonra stadionu tərk edənlər etirazı şəhər küçələrində davam etdiriblər. Onlar "Ronaldo evinə get" pankartı açıblar.

Qeyd edək ki, "Valyadolid" 9 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью