Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Nitsa”nın yarımmüdafiəçisi Jeremi Boqa mövsümün qalan hissəsini “Yuventus”da keçirəcək.
Sportal.az xəbər verir ki, Turin klubu Kotdivuarlı futbolçunu mövsümün sonunadək ödənişsiz icarəyə götürüb. Müqavilədə futbolçunun 4,8 milyon avroya satınalma hüququ nəzərdə tutulur və bu məbləğ iki mövsüm ərzində ödənilməlidir.
Xatırladaq ki, dekabrın 1-də ardıcıl 6-cı məğlubiyyətdən sonra “Nitsa” azarkeşlərinin futbolçulara hücum etdiyi məlum olmuşdu. Azarkeşlər Boqa və Terem Moffini döyüb tüpürmüş, sosial şəbəkələrdə isə hər iki futbolçunun artıq klubda oynamayacağını bildirmişdilər.
Boqa həmin vaxtdan bəri meydana çıxmayıb. Cari mövsümdə 29 yaşlı yarımmüdafiəçi Liqa 1-də 14 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi