Farioli: “Qarabağ” güclü komandadır”

12.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Liqasında sabah keçiriləcək “Qarabağ” – “Ayaks” oyunundan öncə qonaq komandanın baş məşqçisi Françesko Farioli jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Oyunöncəsi məşqi nə üçün “Neftçi Arena”da etdiniz? 

– Planımız belə idi. Diqqəti çəkmək yox, sərbəst olmağı xoşlayırıq. 

– Oyundan gözləntiləriniz nədir?

– “Qarabağ” güclü komandadır, çoxlu titulları var. Onları təhlil etmişəm. Daha əvvəl Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Heyətdə itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.

– “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?

– Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.

– Sabah hansı nəticəni gözləyirsiniz?

– “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.

– Mental olaraq məğlubiyyətə hazırsınız?

– Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.

– Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?

– Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью