Fariz İsmayılzadə: İnformasiya axınında düzgün yol seçməyi bacarmalısan | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müasir reallıqlar insandan təkcə bilik yox, həm də nəhəng informasiya axınında düzgün yol seçməyi tələb edir.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib.
“Günümüzdə hər bir məlumatı yadda saxlamaq ehtiyacı yoxdur. Bu gün insan bir ölkənin və ya bir kollektivin çərçivəsində yaşamır.
Beynəlxalq komandalarla iş, fərqli mədəniyyətlərlə qarşılıqlı əlaqələr bizdən böyük bilik yığnağı deyil, düşüncə çevikliyi və təhlil bacarığı tələb edir”, - İsmayılzadə qeyd edib.
Deputat vurğulayıb ki, məlumatın axtarışı müəyyən bacarıq tələb edir.
“Əgər insan informasiyanı necə axtarmağı bilmirsə və ya tənqidi analiz etmək bacarığı yoxdursa, onun yeni şəraitə uyğunlaşması asan olmayacaq.
Bu səbəbdən iş prosesində məlumatı aşkarlamaq, qiymətləndirmək və istifadə etmək bacarığını artırmalıyıq”, - deputat deyib.
Tam oxu
Xəbəri oxu