Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmilərdən biri Fars körfəzində ölkənin ərazi sularında hücuma məruz qalaraq zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.
Bildirilib ki, insident noyabrın 10-da günün ikinci yarısında baş verib. Hazırda aidiyyəti xidmətlər hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.
Qeyd edək ki, "ADNOC Logistics & Services" Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) strukturuna daxildir və enerji sektorunun dəniz daşımaları, eləcə də logistik xidmətlər üzrə ixtisaslaşıb.