Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fars körfəzindən çıxmağa çalışan bir neçə gəmi Hörmüz boğazı yaxınlığında istiqamətini dəyişib, sonra bəziləri İran tərəfindən təyin olunmuş marşrutdan istifadə edərək səyahətlərinə davam edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg News" şənbə günü gəmi izləmə məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, cümə və şənbə günləri arasında boğazın Oman tərəfi yaxınlığında neft tankerləri, toplu yük daşıyan gəmilər və nəqliyyat vasitələri də daxil olmaqla ən azı səkkiz gəminin geri döndüyü müşahidə edilib.
Bildirilir ki, qeydə alınan qəfil manevrlərdən sonra sözügedən dörd gəmi səyahətini məhz İran marşrutu ilə davam etdirib.
Aminə ŞAHSUVARQIZI